Yuxarı

Rektor: “BDU-nun Qazax filialını universitet səviyyəsinə qaldıracağıq”

“Bunun üçün maddi texniki baza və müəyyən şərait yaradılıb”

Qazax. 3 iyun. REPORT.AZ/ "Biz çalışacağıq ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı nəinki bölgədə, qlobal düşüncədə, qlobal müstəvidə tanınmış ali təhsil ocağı olsun”.

“Report”un Qərb bürosunun məlumatına görə, bunu jurnalirtlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

O deyib ki, bunun üçün maddi texniki baza və müəyyən şərait yaradılıb: “Filalın univeristet səviyyəsinə qalxması üçün əlimizdən gələni edəciyik. Həm maddi texniki bazanın, həm də infrasturkturanın qurulması istiqamətində tədbirlər həyata keçirilib. Həmçinin kadr hazırlığında BDU-nun mütəxəsislərindən istifadə olunması nəzərdə tutulub”.

Qeyd edək ki, BDU-nun rektoru Abel Məhərrəmov bu gün universitetin Qazax filalının tələbə və müəllim kollektivi ilə görüşüb.

Hazırda BDU-nun Qazax fialında 350 tələbə təhsil alır.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə sərəncam imzalayıb.

Sənəd regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə imzalanıb.

Sərəncamla 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab edilib.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinə Bakı Dövlət Universitetinin Qazax filialına və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialına 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının keçirilməsini təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi