Yuxarı

Rektor: "Ali təhsil müəssisələrinin müstəqilliyi artırılmalıdır"

Dinlə

Bakı. 20 dekabr. REPORT.AZ/ "Azərbaycanda distant təhsil haqqında ciddi müzakirələrə başlamağın vaxtıdır".

"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib.

O bildirib ki, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bu gün yaradılmış infrastruktur bu növ təhsilin keyfiyyətli təmin edilməsinə imkan verə bilər: "Ali təhsilin çevikliyini və cəmiyyətdə baş verən proseslərə adekvat reaksiyasını təmin etmək üçün distant təhsilə ehtiyac var".

Rektorun sözlərinə görə, ali təhsil müəssisələrinin müstəqilliyi artırılmalıdır: "Təhsil sisteminin inkişafına dair dövlət strategiyası"nda bununla bağlı ciddi müddəalar nəzərdə tutulub. Tələbə və müəllimlərin mübadiləsi də önəm kəsb etdiyi üçün təhsil standartlarının mobilliyi və unifikasiyası həlledici bir amilə çevrilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi