Yuxarı

Şöbə müdiri: "Reklamların dili üzərində ən çox dil qüsuru kommersiya reklamlarındadır"

Bu reklamı tərtib edənlər müəyyən maliyyə qazanırlar

Bakı. 8 aprel. REPORT.AZ/ "Reklamların dilinin üzərində monitorinq davam edir. Ən çox dil qüsuru kommersiya reklamlarındadır". "Report" xəbər verir ki, bunu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə Dilçiliyin inkişafına dair" Dövlət Proqramının iki illiyinə həsr olunmuş elmi-praktik konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Qulu Məhərrəmli deyib.

"Aydındır ki, bu reklamı tərtib edənlər müəyyən maliyyə qazanırlar. Amma dilə də xidmət etmək lazımdır", - Q.Məhərrəmli bildirib.

Şöbə müdiri qeyd edib ki, Dövlət Proqramına əsasən işlər davam edir: "Mən əminəm ki, Dövlət Proqramında verilən bütün məsələlər reallaşdırılacaq, bizim işimiz də məhz budur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi