“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək olub

“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək olub Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (Rİ İB) Gəncə şəhərindən olan gənc ixtiraçılara dəstək olub. Belə ki, IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu ABŞ-ın Nyu York ştatının Osveqo şəhərində keçirilən IX “Dahilərin olimpiadası”nda (Genius olympiad) nümayiş etdirib.
Elm və təhsil
9 Avqust , 2019 12:28
“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək olub

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (Rİ İB) Gəncə şəhərindən olan gənc ixtiraçılara dəstək olub. Belə ki, IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu ABŞ-ın Nyu York ştatının Osveqo şəhərində keçirilən IX “Dahilərin olimpiadası”nda ("Genius olympiad") nümayiş etdirib. 

Bu barədə "Report"a Rİ İB-dən bildirilib.

Azərbaycandan olan gənclərin ixtiraları olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir.

Qeyd edək ki, Gəncə şəhərinin IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev ABŞ-da keçiriləcək olimpiadada iştiraka dəstək göstərilməsi üçün “Regional İnkişaf” İctimai Birliyinə müraciət etmişdir. 78 ölkədən olan yarışmaçı arasından 247 fərqlənmə diplomu alan iştirakçılar arasında Rəsul Əliyev və Hüseyn Əliyev də olub. Xatırladaq ki, həmin olimpiadada Azərbaycandan olan 7 iştirakçı robotika, elm və incəsənət kateqoriyaları üzrə qızıl medal, 3 iştirakçı robotika sahəsində brünc medal alıb, daha 4 iştirakçı da musiqi və robotika kateqoriyarında fərqlənmə diplomu əldə edib. 

Son xəbərlər

Orphus sistemi