Rayon Təhsil şöbələrindən birinin müdiri vəzifəsindən azad edilib

Rayon Təhsil şöbələrindən birinin müdiri vəzifəsindən azad edilib Onun işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunduğu bildirilir
Elm və təhsil
12 Dekabr , 2015 13:48
Rayon Təhsil şöbələrindən birinin müdiri vəzifəsindən azad edilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsindən kənarlaşdırılıb. "Report" xəbər verir ki, Təhsil Şöbəsinin müdiri Almaz Həşimovanın işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunduğu bildirilıir.

A.Həşimova bu vəzifəyə 2010-ci ildə təyin olunub. Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, rayon Təhsil Şöbəsinin müdirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) ilə razılaşdırılmaqla rayon icra Hakimiyyəti başçılarının sərəncamı ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi