Qusar gəncləri “Biznes planlama xidməti”ndən yararlanacaq

Qusar gəncləri “Biznes planlama xidməti”ndən yararlanacaq Təlimin əsas məqsədi yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirməkdir
Elm və təhsil
30 İyul , 2015 16:21
Qusar gəncləri “Biznes planlama xidməti”ndən yararlanacaq

Bakı. 30 iyul. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba regional ofisi “Biznes planlama xidməti” proqramı çərçivəsində Qusar rayonunda növbəti təlimlərinə başlayıb. Bu barədə “Report”a GTM-dən məlumat verilib.

Mərkəz tərəfindən “Biznes planlama xidməti”nin təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, biznesin idarəetməsi, marketinq, əməyin mühafizəsi və s. mövzular tədris olunacaq.

Qusar rayonunda “Fərdi inkişaf və Karyera planlaşdırılması” mövzusunda təlimin əsas məqsədi yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların karyera imkanlarının effektiv dəyərləndirməsinə töfhə verməkdən ibarət olub.

Qrup məşğələləri formatında davam edən təlim Ankara Universitetinin məzunu, “Sportsman” jurnalının marketinq meneceri Nuray Acalova və Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev tərəfindən keçirilib.

Qeyd edək ki, gənclərin məşğulluq imkanlarının artırılmasına hesablanmış bu təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək

Son xəbərlər

Orphus sistemi