Yuxarı

Qurban Yetirmişli "Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim" seçilib

O, bu mükafata Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə layiq görülüb.

Bakı. 30 yanvar. REPORT.AZ/ AMEA nəzdində Respubika Seysmoloji Xidmət mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunub. "Report" xəbər verir ki, o, bu mükafata "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə layiq görülüb.

Xatırladaq ki, mükafat ona milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, seysmologiya, seysmotomoqrafiyanın, geodinamikanın, zəlzələ proqnozunun problemləri sahəsində olan uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasına görə verilib.

Mükafat "Avropa Nəşr Mətbu Evi" tərəfindən Q. Yetirmişliyə təqdim olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi