Yuxarı

Qurban bayramı münasibəti ilə Bakı SOS Uşaq Kəndində tədbir keçirilib

Uşaqlara bayram hədiyyələri təqdim olunub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakı SOS Uşaq Kəndində Qurban bayramı münasibətilə tədbir keçirilib.

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə iştirak edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları uşaqları bayram münasibəti ilə təbrik ediblər.

Tədbir zamanı müğənnilər Rüfət Xəlil, Nihat Məlik, Aidə Feyziteva, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, “Meqas” qrupu, “Səma” vokal qrupu və rəqs ansamblının ifaları uşaqlarda xoş ovqat yaradıb.

Balacalar təşkil olunmuş müxtəlif əyləncəli oyunlarda iştirak edib, musiqi sədaları altında rəqs edərək tədbirdən xüsusi zövq alıblar.

Sonda uşaqlara Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən bayram hədiyyələri təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi