Qulu Məhərrəmli: “İşimi BDU-da davam etdirəcəm”

Qulu Məhərrəmli: “İşimi BDU-da davam etdirəcəm” “Toplantıda iştirak edən, mənə xoş sözlərini bildirən institut rəhbərliyinə, kollektivə minnətdarlığımı bildirirəm”
Elm və təhsil
6 İyun , 2016 16:53
Qulu Məhərrəmli: “İşimi BDU-da davam etdirəcəm”

“Toplantıda iştirak edən, mənə xoş sözlərini bildirən institut rəhbərliyinə, kollektivə minnətdarlığımı bildirirəm”

Bakı. 6 iyun. REPORT.AZ/ "Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şura və institutun kollektivi ilə xudahafizləşdim. İyun ayının 1-də institutun şöbə müdiri vəzifəsindən ayrılmağım ilə bağlı ərizə yazmışdım, ərizəm bu gün təsdiqləndi".

Bunu "Report"a açılamasında professor Qulu Məhərrəmli deyib.

O bildirib ki, institutun Elmi Şurasının bu gün keçirilən toplantısında institutun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu və institutun əməkdaşları iştirak ediblər: "Toplantıda iştirak edən, mənə xoş sözlərini bildirən institut rəhbərliyinə və elm ocağının kollektivinə minnətdarlığımı bildirirəm. İnstitutdan ayrılmağa qərar verməyim bu sahədə işlərimi dayandırmağım kimi anlaşılmamalıdır, hazırda "Azleks" elektron lüğətlər toplusunun rəhbərlərindən biri kimi dilçilik sahəsində fəaliyyətini davam etdirirəm. Həmçinin, Bakı Dövlət Universitetində Televiziya və radio jurnalistikası kafedrasının professoruyam və universitetdə işimi davam etdirəcəm. Mən həmişə özümü bu institutun kollektivinin üzvü hesab etmişəm və "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın reallaşdırılması üçün həmişə həmkarlarının yanında olacağam".

Son xəbərlər

Orphus sistemi