Yuxarı
    Bağlamaq

    Qulam İsakzai: "Bu il Azərbaycanda BMT-nin dəstəyi ilə birgə kampaniya başlayacaq"

    BMT-in rezident nümayəndəsi: Biz təhsili əlilliyi olan uşaqlar üçün də əl çatan etməliyik

    Bakı. 30 yanvar. REPORT.AZ/ “Bu il Azərbaycanda BMT-nin dəstəyi ilə birgə kampaniyaya başlayacaq. Bu işə elm və təhsil sahəsini də cəlb edəcəyik”.

    “Report”un məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai deyib.

    O bildirib ki, həmin kampaniya təhsilin bütün səviyyəsində maarifləndirməyə öz töhfələrini verəcək: “Azərbaycanda dövlət təhsil qurumlarına yüksək dəstək göstərir. BMT-nin inkişaf proqramı bir sıra ali təhsil müəssiləri ilə əməkdaşlıq edir. Keyfiyyətli təhsil əsas məqsədlərdən biridir. Təhsildə olan ziddiyətlərin aradan qaldırılması məsələsinə gəldikdə isə hesab edirik ki, kimsə təhsildən geri qalmamalıdır. Azərbaycanın bu sahədə göstərdiyi səylər böyük nailəyyətlərin qazanılmasına imkan verir”.

    Q.İsakzai əlavə edib ki, Azərbaycanda uşaqların 95-i təhsil alır: “Məktəbhazırlıq proqramları ilə bağlı mühüm işlər görülür. Biz bunu dəstəkləyirik. Çünki bu addım erkən təhsilin inkişafında mühüm addımdır. Biz təhsili əlilliyi olan uşaqlar üçün də əl çatan etməliyik. Eyni zamanda, onların cəmiyyətə töhfə verməsinə çalışmalıyıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi