Qubada məktəb direktorları üçün təlim kursu başlayıb

Qubada məktəb direktorları üçün təlim kursu başlayıb Təlimi xüsusi dəvət olunan Paris Sarbonna Universitetinin professoru Florent Pratlong keçirir
Elm və təhsil
1 Sentyabr , 2015 12:09
Qubada məktəb direktorları üçün təlim kursu başlayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Təhsil Nazirliyinin, "Təhsildə İnnovativ texnologiyalar" Əlavə Təhsil Mərkəzinin və Paris Sarbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə Qubada "Məktəb İdarəetməsi" mövzusunda təlim kursu başlayıb. 

"Report" xəbər verir ki, təlim kursunda iştirak etmək məqsədi ilə 40 nəfər məktəb direktoru seçilib.

Direktorlar arasında Təhsil Nazirliyinə tabe olan məktəblərin direktorları, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tövsiyə etdiyi məktəb direktorları və 2013-2014-cü ilin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq hazırlanan reytinqə əsasən Sumqayıt şəhəri və rayon məktəblərinin direktorları iştirak edir. 

İntensiv təlim proqramının əsas məqsədi seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.

Təlimi xüsusi dəvət olunan Paris Sarbonna Universitetinin professoru Florent Pratlong keçirir. Əlavə olaraq kurs çərçivəsində yerli təlimçilər liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarə olunması, təqdimat bacarıqlarının inkişafı və s. mövzularda interaktiv sessiyalar təşkil olunacaq.

Qeyd edək ki, kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq, məktəb idarəedilməsi ilə bağlı uzun müddətli tapşırıq veriləcək və onun nəticələri əsasında onlayn olaraq monitorinq aparılacaq.

Son xəbərlər

Orphus sistemi