Yuxarı

​Qubada AMEA-nın regional mərkəzinin yaradılması planlaşdırılır

Akif Əlizadə: Tələbələr ingilis dilini yaxşı bilmirlər

Bakı. 7 aprel. REPORT.AZ/ "Qubada AMEA-nın regional mərkəzinin yaradılması nəzərdə tutulub. Burada əsas məqsəd Rusiya Elmlər Akademiyasının Dağıstan filialı ilə müştərək işlər görməkdir". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, Akademiyada aparılan islahatların ən mühümü magistratura səviyyəsinə aparılan qəbul prosesidir: "Bu il doktoranturaya qəbul zamanı TOEFL və IELTS metodikasından istifadə etmək qərara alınıb. Bu tədris ilindən etibarən doktoranturada təhsil almaq istəyənlər sertifikatlarını Akademiyaya təqdim etməlidirlər".

O, həmçinin tələbələrin ingilis dilini yaxşı bilməmələrindən şikayətlənib: "Bu gedişlə də onlar rus dilini yaddan çıxarır. Hər kəsə məlumdur ki, elmi ədəbiyyatların çox hissəsi məhz bu iki dildədir. Buna görə də sadalanan dillərə tələbat gündən-günə artır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi