Yuxarı
    Bağlamaq

    Qlobal qazma şirkəti MHWirth Bakı Ali Neft Məktəbində olub

    Dinlə

    Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) tanınmış qazma şirkəti MHWirth şirkətinin rəhbərliyi ilə görüş keçirilib. 

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov, MhWirth şirkətinin Xəzər hövzəsi, Yaxın Şərq və Şimali Afrika əməliyyatları üzrə rəhbəri, baş vitse-prezident Yohannes Eikland, şirkətin Azərbaycan nümayəndəliyinin baş meneceri Rüfət Ziyadxanov, biznes xidmətləri üzrə menecer Azər Məmmədov, BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və Ali Məktəbin digər məsul əməkdaşları iştirak ediblər.

    E.Qasımov qonaqlara BANM və onun son uğurları, tələbələri və tədris proqramları haqda danışıb. Rektor qeyd edib ki, BANM-da təhsilin ingilis dilində olması onun tələbə və məzunlarının iri neft-qaz və enerji sektorunda olan transmilli şirkətlərə inteqrasiyasını asanlaşdırır.

    Ali Məktəbinin kampusunun çox möhtəşəm olduğunu bildirən Yohannes Eikland E.Qasımova görüş üçün təşəkkür edib. O bildirib ki, bir əsrdən artıq müddətdə qazma qurğularının qlobal təchizatçısı olan MHWirth şirkətinin Azərbaycan nümayəndəliyində milli kadrlara üstünlük verilir və işçilərə müvafiq təlimlər, seminarlar və simulyasiyalar keçirilir. Bu nöqteyi nəzərdən şirkət BANM-ın Proseslərin avtomatlaşdırılması kafedrası və Neft-qaz kafedrasının əməkdaşları və tələbələrilə əməkdaşlıq edə bilər. Cənab Eikland həmçinin qeyd edib ki, şirkət artıq bütün proseslərin avtomatlaşdırılmasına keçməkdədir. Bu nöqteyi nəzərdən də BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını bitirən məzunlara ehtiyyac duyulmaqdadır.

    Görüş zamanı Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri Manafəddin Namazov və Neft-qaz kafedrasının müdiri Farad Kamyabi şirkətlə iş birliyi istiqamətlərinin müəyyən olunması üzrə fikirlər səsləndiriblər.

    Şirkətin rəhbəri Ali Məktəbin müəllim və tələbələrindən ibarət nümayəndə heyətini MHWirth şirkəti, orada görülən işlər və təlim proqramları ilə tanış olmaq məqsədilə şirkətə dəvət edib.

    Görüşdən sonra qonaqlar Ali Məktəbin kampusuna tur edərək buradakı laboratoriyalar və təlim mərkəzlərinə xüsusi maraq göstəriblər.

    Qeyd edək ki, MHWirth şirkəti bir əsrdən artıqdir ki, bütün dünyadan olan müştərilərinə təhlükəsiz qazma həlləri və xidmətləri göstərir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi