Yuxarı

"Qlobal istiləşmə" termininin müəllifi vəfat edib

Uolles Broker qlobal istiləşmə terminindən 1975-ci ildə istifadə edib

Bakı. 19 fevral. REPORT.AZ/ Dünyaca məşhur "qlobal istiləşmə" (global warming) termininin müəllifi olan amerikalı iqlimşünas Uolles Broker ABŞ-da vəfat edib.

"Report" "Assocaited Press"ə istinadən xəbər verir ki, o, 87 yaşında Nyu-York xəstəxanasında dünyasını dəyişib.

Bildirilir ki, alim son vaxtlar xəstə olub.

Göstərilən sənədə əsasən, alim "qlobal istiləşmə" terminindən 1975-ci ildə istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi