Yuxarı

Qərib Məmmədov: "Azərbaycanın 16 rayonunun torpaq xəritələri rəqəmsallaşdırılıb"

Naxçıvandan toplanan gavalı bitkisində elm üçün yeni növ virus aşkar olunub

Bakı. 11 fevral. REPORT.AZ/ "Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan aqrar sektorda 1996-cı ildə başlayan aqrar islahatlar nəticəsində bu sektorun siyasi-iqtisadi strukturunda əsaslı dəyişikliklər baş versə də, aqrar elmdə və təhsildə bir sıra problemlər hələ də öz həllini gözləyir. Problemlərin həlli istiqamətində AMEA Aqrar Elmlər Bölməsində də müəyəyn işlər görülür". "Report" xəbər verir ki, bunu Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədov Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında bölmənin hesabatını təqdim edərkən çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Genetik Ehtiyatlar İnstitutunun alimləri tərəfindən analoqu olmayan şaxəliliyə malik 28 xromosomlu yeni buğda yaradılıb: "Seleksiya fəaliyyətlərinin gücləndirilməsi sayəsində payızlıq bərk buğdanın yeni yüksək məhsuldar “saray" pambıq bitkisinin yeni "zəfər" sortları respublikanın suvarılan bölgələrində becərilmək üçün rayonlaşdırılıb.

Naxçıvandan toplanan gavalı bitkisində elm üçün yeni növ virus aşkar olunub. Buğda toxumlarının səpinqabağı ozonlaşdırılmasının maksimal stimullaşdırıcı konsentrasiyası və ekspozisiyası müddəti müəyyənləşdirilib və təcrübə sahələrində məhsuldarlıq nəzarətlə müqayisdə 17-30 faiz artıb".

O, həmçinin qeyd edib ki, Erroziya və Suvarma İnstitutu üzrə Azərbaycanın şimal-qərb hissəsində erroziya təhlükəsinə məruz qalan kənd rayonları üçün baza planlaşdırma aləti qismində qərarların dəstəklənməsi sistemi qurulub və Böyük Qafqazın şimal-qərb hissəsini əhatə edən 16 rayonun torpaq xəritələri rəqəmsallaşdırılıb və məlumatlar bazası hazırlanıb. Coğrafi informasiya sistemlərindən istifadə etməklə Ağsu çayının hövzəsi üzrə 1:50 000 miqyasında torpaq sürüşmələrinin modelləşdirilməsi həyata keçirilib. İsmayıllı rayonu üzrə erroziya təhlükəli torpaqlarının münbitliyinin artırılması məqsədilə fitomeliorasiya tədbirləri işlənib hazırlanıb və erroziya ilə mübarizədə səmərəli üsul kimi tətbiqi tövsiyə olunub. Hesabat ilində bölmənin 3 institutunda 307 elmi işçi, AMEA-nın 4 həqiqi, 3 müxbir üzvü, 16 elmlər doktoru, 184 fəlsəfə doktoru tərəfindən 1 istiqamət, 6 problem, 41 mövzu üzrə tədqiqatlar aparılıb və 9 mövzu tamamlanıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi