Bakı 1 dekabr. REPORT.AZ/ Qərb Universiteti 2016-ci il üçün fəlsəfə doktoru proqrami üzrə doktorantura və dissertanturaya qəbul elan edib.
"Report"un məlumata görə, qəbul texniki elmlər istiqamıti üzrə sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, İqtisadi elmlər istiqaməti üzrə Daxili fiskal siyasət və dövlət maliyyəsi, Dünya iqtisadiyyatı və Sahə iqtisadiyyatı, Filologiya Elmləri istiqaməti üzrə German dilləri, Dünya ədəbiyyatı, Siyasi Elmlər istiqaməti üzrə Beynəlxalq münasibətlər, Sənətşünasliq istiqaməti üzrə Texniki estetika və dizayn ixtisasları üzrə aparılacaq.
Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 ildir. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada təhsil müddəti 4 ildir.
Doktorantura və dissertanturaya qəbul üçün ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına), kadrların şəxsi qeydiyyat vərəqəsi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3 ədəd fotoşəkil (3x4 ölçüdə), iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada tədiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim edilməlidir.
Sənədlər noyabrın 29-dan dekabrın 15-dək təqdim olunmalıdır.