Yuxarı

Azərbaycan ərazisində aşkar olunmuş qədim pulların kataloqu hazırlanır

Azərbaycan Beynəlxalq Ticarət, Gömrük işi və Tacirlər Assosiasiyasına üzv seçilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bəzi dünya ölkələrinin Azərbaycan ərazisində tarix boyu dövriyyədə olan sikkələrinin kataloqu hazırlanır.

Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yanında Elmi-mədəni mərkəzin baş elmi işçisi, numizmat assosiasiyasının üzvü Qənirə Pirquliyeva məlumat verib.

O bildirib ki, Beynəlxalq Ticarət, Gömrük işi və Tacirlər Assosiasiyasının ötən il Rusiyada keçirilən konfransında Azərbaycan da quruma üzv seçilib: "Bu assosiasiya gömrük və ticarət sahəsində iş aparan çox böyük bir qurumdur. Assosiasiyaya dünyanın 20 ölkəsinin elm adamları daxildir. Hər il üzv ölkələrin birində assosiasiyanın beynəlxaq konfransı keçirilir. Keçən il Rusiya Federasiyasının Kolomna şəhərində qurumun üçüncü konfransı keçirilib. Həmin tədbirdəki çıxışımın məqsədi Azərbaycanın hansı dövrlərdə hansı ölkələrlə, hansı səviyyədə ticarət əlaqələrinin olmasını numizmatik materiallar əsasında bir daha göstərməkdir".

Q.Pirquliyeva deyib ki, son 5-6 ildə tapılan numizmatik materiallar ən çox Azərbaycan tarixinin orta əsrlər dövrünə, V-XVIII əsrlərə aid olan sikkələr, dəfinələrdir: "Nadir hallarda Avropa sikkələri də tapılır. Nümunə olaraq iki il bundan əvvəl Şəmkir qazıntıları zamanı VI əsr Bizans dönəminə aid çox nadir sikkəni göstərə bilərik".

Qeyd edək ki, Beynəlxalq Ticarət, Gömrük işi və Tacirlər Assosiasiyası 2013-cü ildə Rusiyada yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi