Azərbaycanda qəbul imtahanlarında qızlar oğlanları üstələyib

Azərbaycanda qəbul imtahanlarında qızlar oğlanları üstələyib Qızlar Azərbaycan dilində, oğlanlar isə riyaziyyatda üstünlüyə malikdir
Elm və təhsil
16 Fevral , 2015 11:59
Azərbaycanda qəbul imtahanlarında qızlar oğlanları üstələyib

Bakı. 16 fevral. REPORT.AZ/ Qızlar Azərbaycan dilində, oğlanlar isə riyaziyyatda üstünlüyə malikdir. "Report" xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunub.

Bildirilir ki, hər 100 qız abituriyentdən 41-42-sinin qabiliyyəti - 0,00 loqitdən yüksək olduğu halda, hər 100 oğlan abituriyentdən qabiliyyətləri həmin intervalda yerləşənlərin sayı cəmi 26-27 nəfərdir. Beləliklə, bu intervalda fərq 15 faiz təşkil edir.

Riyaziyyatda isə bir qədər başqa mənzərə müşahidə olunur. Ümumiyyətlə götürdükdə, qız abituriyentlərin qabiliyyət göstəriciləri oğlanlardan yüksək olub. Azərbaycan dilindən fərqli olaraq riyaziyyat fənni üzrə oğlan və qızların qabiliyyət səviyyələrinin paylanmaları arasındakı fərq kiçikdir. Fərq müvafiq ortakvadratik meyilin Azərbaycan dilində 44, riyaziyyatda isə 6 faizinə bərabərdir. Ötən illərlə müqayisədə 2014-cü il artıq qız abituriyentlərin göstəriciləri oğlan abituriyentlərin göstəricilərini üstələyib.

Son xəbərlər

Orphus sistemi