Yuxarı
    Bağlamaq

    Qəbul imtahanında 700 bal toplayan üç tələbə BANM-i seçib

    Onlar “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə ali təhsillərini davam etdirəcəklər

    Bakı. 15 avqust. REPORT.AZ/ 2016/2017-cı tədris ili üçün I ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayan üç tələbənin hər üçü Bakı Ali Neft Məktəbini (BANM) seçiblər.

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, I ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən Tural Ağayev, Rəvan Nəzərəliyev və Nadir Sultanlı Bakı Ali Neft Məktəbini seçərək “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə ali təhsillərini davam etdirəcəklər.

    Qeyd edək ki, Tural Ağayev Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.

    Rəvan Nəzərəliyev Xırdalandakı 5 saylı tam orta məktəbi bitirib. Rəvanın atası maşın ustası, anası riyaziyyat müəlliməsidir. Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Digər qardaşları Rəşad Nəzrəliyev 2013/2014-cü tədris ili üzrə keçirilən qəbul imtahanında 677 bal toplayaraq və bu ilki qəbul imtahanında isə Nurlan Nəzərəliyev 685 bal toplayaraq BANM-ə qəbul olublar.

    Nadir Sultanlı Ankara məktəb-liseyinin məzunudur. Nadirin anası evdar qadındır, atası isə BP-də işləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi