Yuxarı

Qəbələnin Nic qəsəbəsində yaşayan udilərə ödənişsiz Azərbaycan dili öyrədiləcək

Layihənin ikinci mərhələsinin açılışı olub

Bakı. 6 iyun. REPORT.AZ/ “Azərbaycan dilini öyrənirik” layihəsinin “Jen Mironosist” Rus Provaslav kafedral kilsəsində ikinci mərhələsinin açılış mərasimi olub

Bilik Fondundan "Report"a verilən məlumata görə, layihəyə əsasən, rusdilli əhali üçün ödənişsiz Azərbaycan dili kursları təşkil olunur. Qəbələ rayonunda udilərin kompakt yaşadığı Nic qəsəbəsində də “Azərbaycan dilini öyrənirik” layihəsi üzrə dövlət dilinin tədrisinə başlanıb.

Ödənişsiz fəaliyyət göstərəcək kurslarda təhsil alanlar Azərbaycan dilində daha yaxşı danışmaq, yazmaq, vətəndaşı olduqları ölkənin tarix və mədəniyyətinə daha yaxından bələd olmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, layihə Bilik Fondu tərəfindən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə həyata keçirilir. “Azərbaycan dilini öyrənirik” layihəsini ilk mərhələdə bitirən 40 nəfər dinləyiciyə sertifikatlar təqdim olunub. Gələcəkdə layihənin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi