TQDK Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanları keçirib

TQDK Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanları keçirib "İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib"
Elm və təhsil
9 Aprel , 2015 17:06
TQDK Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanları keçirib

Bakı. 9 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 6 və 7-ci siniflərində təhsil alan şagirdlər üçün monitorinq imtahanı keçirib. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.

İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili fənnindən həyata keçirilib. Hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, mütamadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. TQDK-dan o da bildirilib ki, imtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi