Qazaxıstanın elmi ekspedisiyası Azərbaycana gələcək

Qazaxıstanın elmi ekspedisiyası Azərbaycana gələcək Ekspedisiyanın əsas məqsədi dünyada türklərin miqrasiyasının izlənməsi və öyrənilməsidir
Elm və təhsil
25 May , 2017 14:19
Qazaxıstanın elmi ekspedisiyası Azərbaycana gələcək

Bakı. 25 may. REPORT.AZ/ Qazaxıstan tarixçi alimlərdən ibarət elmi ekspedisiyası Azərbaycana səfər edəcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, ekspedisya Sovet İttifaqı qəhrəmanı, Qazaxıstanın xalq qəhrəmanı Saqadat Nurmaqambetov adına Beynəlxalq İctimai-Xeyriyyə Fondu tərəfindən "Babalar izimen" (Əcdadların izi ilə) adlı layihə çərçivəsində təşkil olunub.

Ekspedisiyanın əsas məqsədi dünyada qazaxların və ümumilikdə türklərin miqrasiyasının izlənməsi və öyrənilməsi, eləcə də qədim hunların, türklərin, qıpçaqların nəsillərinin nümayəndələri ilə tanışlıqdır.

Azərbaycana səfər zamanı ekspedisiya Bakıda və Qazaxda olacaq.

Ardından qazaxıstanlı alimlərdən ibarət qrup Gürcüstan, Ukrayna, Sloveniya, Polşa, Macarıstan, Almaniya, İtaliya, Vatikan, Fransa və digər ölkələrə səfər edəcək.

Səfər çərçivəsində Qazaxıstanın Azərbaycandakı səfirliyində görüş keçiriləcək. Görüşdə Azərbaycan Milli Məclisin deputatları, eləcə də Azərbaycanın tarixçi alimləri və türkoloqları, Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi