​Qax və Oğuzda "Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı olub

​Qax və Oğuzda "Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı olub Bakı. 5 iyul. REPORT.AZ/Qax və Oğuz rayonlarındakı Bilik evlərində “Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı olub.Bu barədə "Report"a ...
Elm və təhsil
5 İyul , 2016 18:59
​Qax və Oğuzda Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı olub

Bakı. 5 iyul. REPORT.AZQax və Oğuz rayonlarındakı Bilik evlərində “Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı olub.

Bu barədə "Report"a Bilik Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə buraxılan jurnalın ədəbi-bədii, elmi-publisistik məziyyətləri, "Multikulturalizm ili" çərçivəsində ölkəmizdə və xaricdə görülən işlər barədə məlumat verib.

Təqdimat mərasimlərində çıxış edən M.Əfəndi, Y.Rzayev, şair Cəlil Cavanşir bölgənin etnik rəngarəngliyi, multikultural mənzərəsi barədə danışaraq, jurnalın işıq üzü görməsini müsbət dəyərləndiriblər. Bölgədə yaşayıb yaradan müxtəlif etnik qruplara mənsub çox sayda sənətçinin yaradıcılıq nümunələrindən seçmələrin jurnalın növbəti saylarında yayılmasını arzu ediblər.

Son xəbərlər

Orphus sistemi