Təhsil Nazirliyi: “Qarlı hava şəraiti məktəblərdə davamiyyətə mənfi təsir edib”

Təhsil Nazirliyi: “Qarlı hava şəraiti məktəblərdə davamiyyətə mənfi təsir edib” Cəsarət Valehov: “Davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur”
Elm və təhsil
1 Fevral , 2017 10:27
Təhsil Nazirliyi: “Qarlı hava şəraiti məktəblərdə davamiyyətə mənfi təsir edib”

Bakı. 1 fevral. REPORT.AZ/ “Qarlı hava şəraiti ölkə ərazisində məktəblərdə davamiyyətə mənfi təsir edib”. 

Bunu “Report”un sorğusuna cavab olaraq, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, davamiyyətin aşağı düşməsinə baxmayaraq, məktəblərin bağlanması nəzərdə tutulmur.

Qeyd edək ki, məktəblərin qış tətili bu gün başa çatıb. 

Son xəbərlər

Orphus sistemi