Yuxarı

​"Qarabağ şivələrinin atlası" hazırlanacaq

Mp3 formatlı canlı səs yazıları kompakt disklərdə atlasa daxil ediləcək

Bakı. 10 mart. REPORT.AZ/ "Qarabağ şivələrinin atlası"nın hazırlanması planlaşdırılır. Atlas həm Qarabağda, həm də məlum səbəblərə görə digər bölgələrimizdə yaşayan qarabağlıların şivələrini əhatə edəcək. Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Dil tarixi və dialektologiya şöbəsinin müdiri Teyyub Quliyev deyib.

O bildirib ki, şöbənin əsas məqsədlərindən biri bütöv Azərbaycanın dialektoloji atlasını hazırlamaqdır: "Biz bu atlasları 5 mərhələli layihə formasında planlaşdırmışıq. Naxçıvan, Qarabağ, Dərbənd, Güney Azərbaycan və Qarabağ şivələrinin atlasını hazırlamaq nəzərdə tutulub".

Şöbə müdirinin sözlərinə görə, Qarabağ şivələrinin daşıyıcılarının böyük bir qismi hazırda Azərbaycanın müxtəlif bölgələrində yaşayır: "Qarabağ bölgəsində yaşamış əhalinin bir hissəsinin məcburən başqa bölgələrə köçməsi və illərlə həmin ərazidə yaşaması dialektlərin qarışmasına səbəb olur. Belə olan halda dialektlərin çarpazlaşması baş verir. Təbii ki, bunları yaddaşa köçürmək lazımdır. Çadır şəhərciklərində və digər ərazilərdə toplum halda yaşayan ərazilərə ekspedisiyalar təşkil olunacaq və dil materialları araşdırılıb toplanacaq. Əldə hazır materiallar var. Bu materiallar əsas mənbə olmaqla baş verən dəyişikliklər də araşdırılacaq. Həmçinin xəritələr hazırlanacaq və mp3 formatlı canlı səs yazıları kompakt disklərdə atlasa daxil ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi