Qahirə yaxınlığında 4,4 min il yaşı olan sərdabə tapılıb

Qahirə yaxınlığında 4,4 min il yaşı olan sərdabə tapılıb Bakı. 4 fevral. REPORT.AZ/ Arxeoloqlar Misirin Əl-Cizə yaylası yaxınlığında yaşı 4,4 min il olan sərdabə aşkar ediblər.
Elm və təhsil
4 Fevral , 2018 06:53
Qahirə yaxınlığında 4,4 min il yaşı olan sərdabə tapılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Arxeoloqlar Misirin Əl-Cizə yaylası yaxınlığında yaşı 4,4 min il olan sərdabə aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin Qədimlik Nazirliyi bəyan edib.

Sərdabə qərbdə nekropol yaxınlığında aşkar edilib. Alimlərin sözlərinə görə, bu sərdabə Hetpet adlı qadına məxsusdur. O, beşinci sülalədən olan fironun sarayına yaxın olub.

Türbənin divarlarında Hetpetin, həmçinin rəqs edən və meyvə yığan meymunların rəsmləri var. Fironların dövründə bu onların ev heyvanları idi.

Son xəbərlər

Orphus sistemi