Yuxarı
    Bağlamaq

    Qafqaz Universitetinin yeni rektoru: "Bütün fakültələr olduğu kimi qalacaq"

    Elmar Qasımov Qafqaz Universitetinin kollektivinə təqdim olunub

    Bakı. 21 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilən Qafqaz Universitetində keçirilən tədbirdə Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu Qafqaz Universitetinin kollektivinə təqdim edib.

    Ali Məktəbdən “Report”a verilən məlumata görə, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib ki, idarəçiliyin dəyişməsi sistemin effektivliyinin daha da artırılmasını nəzərdə tutur.

    Vitse-prezident Qafqaz Universitetinin sabiq rektoru Ahmet Saniçə 11 il ərzində göstərdiyi fəalliyyət və uğurlarına görə təşəkkür edərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

    Xalik Məmmədov Qafqaz Universitetində sistemin dəyişməyəcəyini, hətta bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. O, bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalacaq və tələbə qəbulu davam etdiriləcək.

    Universitetin idarə edilməsinə yeni təyin edilən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bundan sonra Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universitetinin inkişaf etdirilməsi onun qarşısında duran vacib məsələlərdən olacaq. Elmar Qasımov universitetin inkişafı üçün çalışacağını deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi