Yuxarı
    Bağlamaq

    ​Qafqaz Universitetinin tələbə və müəllim heyəti Misir Mədəniyyət Mərkəzində olub

    Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydy mərkəzin fəaliyyəti barədə məlumat verib

    Bakı. 3 dekabr. REPORT.AZ/Qafqaz Universitetinin tələbə və müəllimlərindən ibarət heyət Misir Mədəniyyət Mərkəzində olub.

    "Report" xəbər verir ki, Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydy qonaqları salamlayıb, mərkəzin fəaliyyəti barədə məlumat verib, tələbələrin təkliflərini dinləyib.

    Daha sonra Misir haqda film nümayiş olunub. Tələbələr Misir Mədəniyyət Mərkəzində təşkil edilən Qədim Misir sivilizasiyasını, tarixini özündə əks etdirən sərgini böyük maraqla izləyib, mərkəzdə keçirilən ərəb dili kursları ilə maraqlanıb və Misir Mədəniyyət Mərkəzinin kitabxanası ilə tanış olublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi