Yuxarı
    Bağlamaq

    Nazir müavini: "Qadınların böyük hissəsi hesab edir ki, qızlar "kişi peşələri"nə yiyələnməli deyil"

    Qızlar tarix, ana və xarici dillər, eyni zamanda, həkim ixtisasına meyl edir

    Bakı. 3 mart. REPORT.AZ/ "Bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da gender stereotipləri mövcuddur və əksər hallarda insanlar arasında münasibətlər bu stereotiplər əsasında formalaşır. Bu stereotiplər həmçinin onların peşə seçiminə öz təsirini göstərir". "Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

    Onun sözlərinə görə, təhsil maraqları qızlar və oğlanlar arasında müxtəlifdir: "Oğlanlar adətən daha çox təbiət, texniki, tarix-humanitar fənlərə, qızlar isə humanitar fənlərə - tarix, ana və xarici dillər, eyni zamanda, həkim ixtisasına meyl edir. Bu sahədə aparılan sorğuların nəticələri də bu fikri təsdiqləyir. Belə ki, keçirilən bir çox sorğuların nəticələrinə görə, kişilərlə (28,1%) müqayisədə qadınların böyük hissəsi (37,9 %) hesab edir ki, qızlar "kişi peşələri"nə yiyələnməli deyil. Sorğunun nəticələri göstərir ki, respondentlərin 50 faizi adətən kişilər işləyən vəzifələrdə qadınların çalışmasının tərəfdarı deyil. Müzakirələr zamanı isə respondentlərin əksəriyyəti "Qadın üçün ən ideal peşə həkimlik və müəllimlikdir, çünki qadın anadır və o öz uşaqlarına da vaxt ayırmalıdır. Kişi isə ən müxtəlif işlərdə işləyə bilər" kimi fikirləri irəli sürüblər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi