Yuxarı
    Bağlamaq

    “PwC Azerbaijan” Bakıda keçirilən təhsil simpoziumunun tərəfdaşı olub

    Tədbirin əsas məqsədlərindən biri yeni və müasir tədris metodları mövzusunda fikir mübadiləsi aparmaqdır

    Bakı. 13 iyun. REPORT.AZ/ “PwC Azerbaijan” MMC ölkədə təhsilin davamlı inkişafı məqsədi ilə iyunun 12-16-də Bakıda keçirilən təhsil simpoziumunun tərəfdaşı olub.

    “Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

    Məlumatda deyilir ki, simpoziumun əsas məqsədi yeni və müasir tədris metodları mövzusunda fikir mübadiləsi aparmaq, habelə yerli və amerikalı ekspertlərin qabaqcıl təcrübəsindən istifadə etməkdir. Təhsilin idarə edilməsi üzrə müxtəlif mərhələlərin təhlili, STEAM təhsil sisteminə yeni yanaşma, aparılmış tədqiqat işlərinin qiymətləndirilməsi, statistika və hesabatlılıq tədbirin əsas müzakirə mövzusu olub.

    “PwC Azerbaijan”ın idarəedici partnyoru Mövlan Paşayev öz nitqində Azərbaycanda təhsil siyasətinin formalaşdırılmasında dövlət və özəl sektor arasındakı tərəfdaşlığın rolundan bəhs edib və birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, həmçinin deyib ki, təmsil etdiyi şirkətin həyata keçirdiyi CEO tədqiqatın nəticələri yüksək ixtisaslı kadrların işə götürməsinin biznes üçün əsas prioritetlərdən birinin olduğunu təsdiq edib.

    “Korporativ məsuliyyət və biznesin davamlı inkişafı müştərilərimiz, əməkdaşlarımız və fəaliyyət göstərdiyimiz cəmiyyət ilə möhkəm əlaqələrin qurulmasında “PwC” üçün çox önəmlidir. Korporativ məsuliyyətə qlobal və regional səviyyədə yanaşma biznes strategiyamızın əsas hissəsi sayılır. Biz yüksək keyfiyyətli xidmətlər göstərməyə, biznes etikası qaydalarına riayət etməyə, istedadlı və səriştəli mütəxəssislərin inkişafına dəstək göstərməyə, habelə fəaliyyət göstərdiyimiz sahələrdə yerli cəmiyyətin həyatında iştirak etməyə və dəyişikliklər üçün katalizator olmaqda davam etməyə səy göstəririk”, - detə şirkətin açıqlamasında qeyd edilib.

    “PwC” həmçinin bəyan edib ki, onun əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir: “Biz buna strategiyadan icrayadək vergi, hüquq, audit və məsləhət xidmətləri sahəsində müştərilərimizi maraqlandıran məsələlərin həllinə yönəldilmiş xidmətlər göstərməklə nail oluruq. “PwC Azerbaijan”da 6 ölkədən 140-dan artıq mütəxəssis yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

    “PwC” təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. O, dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 223 min mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir (www.pwc.com/az).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi