Prokurorluğa qəbulla bağlı yazılı imtahanda müvəffəqiyyət qazanmış namizədlərin adları açıqlanıb - SİYAHI

Prokurorluğa qəbulla bağlı yazılı imtahanda müvəffəqiyyət qazanmış namizədlərin adları açıqlanıb - SİYAHI Onlar Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsinə dəvət ediləcəklər
Elm və təhsil
10 Avqust , 2015 18:37
Prokurorluğa qəbulla bağlı yazılı imtahanda müvəffəqiyyət qazanmış namizədlərin adları açıqlanıb - SİYAHI

Bakı. 10 avqust. REPORT.AZ/ Bu il iyulun 28-də prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə çərçivəsində keçirilmiş yazılı imtahanda müvəffəqiyyət qazanmış namizədlərin siyahısı açıqlanıb. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. 

Məlumatda bildirilir ki, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən, prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub.

Yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az www.prosecutor.gov.az,) və Qəbul otağında yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 26 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən avqustun 12-dən Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra növbəlilik qaydasında müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumatı 437-28-56 və 492-62-23 nömrəli telefonlarla almaq olar.

Sıra №-si Soyadı, adı, atasının adı
1. Alıyev Namiq Nazim oğlu
2. Cəbrayılov Tərlan Fərhad oğlu
3. Cəmilli Ramil Nizami oğlu
4. Əliyev Zaur Vaqif oğlu
5. Əlləzov Dilqəm Umud oğlu
6. Fərəməzov Tural Turab oğlu
7. Həmidov Qüdrət Ənvər oğlu
8. Həsənova Günay İbrahim qızı
9. Hüseynli Qədimalı Muxtar oğlu
10. İsayeva Gülər Əlhəsən qızı
11. Lalayev Rəmzi Mikayıl oğlu
12. Mahmudlu İslam Zakir oğlu
13. Mehtiyev Şahin Əhməd oğlu
14. Məmmədov Rəşad Namiq oğlu
15. Məmmədova Günel Ağabala qızı
16. Məmmədyarov Təbriz Hüseyn oğlu
17. Muradov Sultan Elmin oğlu
18. Musayev Sabir Elşən oğlu
19. Musayev Vasif Vaqif oğlu
20. Paşazadə Elmir Hikmət oğlu
21. Rüstəmli Zəka Rövşən oğlu
22. Sadıqov Mirlətif Süleyman oğlu
23. Süleymanova Aytən Afiq qızı
24. Şahmirzəli Elvin Fikrət oğlu
25. Yaqubov Tural Qaraxan oğlu
26. Zeynalov Kənan Fikrət oğlu

Son xəbərlər

Orphus sistemi