Yuxarı
    Bağlamaq

    ​Prezident yanında Təhsil Komissiyası qəbul planını TQDK-ya təqdim edib

    Məleykə Abbaszadə: AMEA-nın magistratura pilləsinə 20 yerin ayrılmasını təklif etmişdik

    Bakı. 4 may. REPORT.AZ/ "Prezident yanında Təhsil üzrə Komissiya bu il ali məktəblərin bakalavr və magistratura pilləsi üzrə qəbul planını TQDK-ya təqdim edib". "Report" xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, plan ötən həftə təqdim olunub. M.Abbaszadə bildirib ki, TQDK-nın qəbul planı ilə bağlı müəyyən təkliflərinin anonsu 1 ay öncə verilib: "Bir müddət əvvəl qəbul planı ilə bağlı müəyyən təklifləri açıqlamışdıq və artıq müəyyən təkliflər qəbul olunub. Bura AMEA-nın magistratura pilləsinə 20 yerin ayrılması da daxildir. Bundan başqa, təkliflər verilərkən qəbul planının ötən illərdə dolma səviyyəsi və ixtisaslara olan maraq nəzərə alınıb. Eyni zamanda, bəzi ixtisaslar üzrə müsabiqənin birgə aparılmasının tərəfdarıyıq".

    M. Abbaszadə qeyd edib ki, magistratura və bakalavr pilləsi üzrə müəyyən ixtisaslarda bu təkliflər nəzərə alınıb: "Bu yaxınlarda "Magistr" jurnalının növbəti sayı dərc olunacaq və burada magistraturaya qəbul planında olan dəyişiklər əks olunacaq. Bakalavr pilləsi üzrə qəbul planı üzərində artıq iş aparılır. Hətta bu yaxınlarda keçən ilki planla müqayisəli təklif təqdim ediləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi