“Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib

“Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib Bakı. 19 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib.
Elm və təhsil
19 Dekabr , 2017 12:44
“Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib
Report/ Elshan Baba

Bakı. 19 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbir təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nın Tarix İnstitutudur.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və başqaları çıxış ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Tarix İnstitutunun son illərdəki fəaliyyəti barədə geniş məlumat verib, Cümhuriyyətlə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirib və tədqiqat işlərində ən böyük çətinliyin tarixçilərin dil biliklərinin zəif olması ilə əlaqələndirib: "Həm tarixçilər, həm ədəbiyyatçılar, ümumiyyətlə, tədqiqatçılar bir neçə xarici dil öyrənməlidirlər".

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan bütün şərq üçün nümunə göstərib. O, Cümhuriyyət dövrü haqqında geniş məlumat verib və bugünkü tədqiqatlardan bəhs edib. 

İnstitut direktoru bildirib ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq Tarix İnstitutu 2004-2005-ci illərdə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirib. Qeyd edək ki, bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi informasiya əsəridir.

Son xəbərlər

Orphus sistemi