Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti baş nazir Əhməd Davudoğluna rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Türkiyə Respublikasının baş naziri göstərilən diqqətə və təbrikə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu iki ölkə arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.