Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Bakıda məktəblərin təmir və tikintisinə 40 milyon manat ayırıb

    Dinlə
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Bakı. 23 may. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sərəncamda bildirilir ki, son illərdə ölkədə təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb, müxtəlif şəhər və rayonlarda təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülüb.

    Sərəncamla Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi