Prezident İlham Əliyev Bakıdakı 153 saylı məktəbin təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Bakıdakı 153 saylı məktəbin təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məktəbdə görülən işlər barədə məlumat verib
Elm və təhsil
9 Sentyabr , 2014 15:08
Prezident İlham Əliyev Bakıdakı 153 saylı məktəbin təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub
Bakı. 9 sentyabr. REPORT.AZ/ Sentyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı 153 saylı tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Report-un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına məktəbdə görülən işlər barədə məlumat verib. H.Abutalıbov bildirib ki, 153 saylı tam orta məktəbin binası 4 mərtəbə, 3 korpusdan ibarətdir. Məktəbdə yenidənqurma işlərinə ötən ilin oktyabrında başlanılıb və yüksək səviyyədə həyata keçirilib. 80 sinif otağı, o cümlədən 6 fənn kabinetindən ibarət məktəb 1500 şagird yerlikdir. Hazırda burada 1 növbədə, rus və azərbaycan dillərində 700 şagird təhsil alır. Məktəbdə 2 idman zalı, akt zalı, kitabxana, kompüter, əmək təlimi və tibb otaqları da yaradılıb. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. 

Məktəblə tanışlıqdan sonra dövlət başçısı pedaqoji kollektivlə xatirə şəkli çəkdirib.

Son xəbərlər

Orphus sistemi