Polşanın səfiri ADU-nun tələbələrinə mühazirə oxuyub

Polşanın səfiri ADU-nun tələbələrinə mühazirə oxuyub Marek Tsalka öz ölkəsinin tarixi, coğrafiyası və təhsil sistemi haqqında danışıb
Elm və təhsil
28 Aprel , 2016 10:49
Polşanın səfiri ADU-nun tələbələrinə mühazirə oxuyub

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Diplomat” klubun “Səfirdən gələcək səfirlərə” layihəsi çərçivəsində Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın tələbələrlə görüşü keçirilib.

Bu barədə "Report"a ADU-nun mətbuat xidmətindən məlumat verilib.

Görüşdən öncə səfiri qəbul edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev onu universitetdə görməkdən şad olduğunu söyləyib. Səfirə universitetin yaranma tarixi, tədris prosesi, beynəlxalq əlaqələri, fəaliyyət istiqamətləri və tələbə təşkilatları haqqında məlumat verən prorektor bu görüşün də məhz tələbələr tərəfindən təşkil edildiyini səfirin diqqətinə çatdırıb. Universitet rəhbərliyinin belə təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirən Ələddin Əliyev görüşün ölkələrimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Yenidən ADU-da olmaqdan məmnunluğunu dilə gətirən səfir ölkələr arasındakı ikitərəfli əlaqələrin genişlənməsi, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxundu, bu istiqamətdə təkliflər irəli sürüb.

Daha sonra tələbələrlə görüşən səfir Marek Tsalka təmsil etdiyi ölkənin tarixindən, coğrafi mövqeyi və təhsil sistemindən danışıb. Səfir tələbələrə “Beynəlxaql münasibətlərdə Polşa diplomatiyası” mövzusunda mühazirə oxudu, həmçinin onlara uğurlu səfir kimi formalaşmağın sirləri haqqında məlumat verib. Tələbələrin bu işini yüksək qiymətləndirən səfir tədbirin ərsəyə gəlməsində göstərdikləri təşəbbüsə görə onlara minnətdarlığını bildirib.

Sonda Marek Tsalka tələbələrin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi