Yuxarı

Polşalı alim Texnologiya Universitetinin tələbələrinə masterklas keçib

​Polşalı alim azərbaycanlı tələbələrə masterklas keçib

Polşanın Qlivitse şəhərində yerləşən Silesiya Texnologiya Universitetinin dosenti, elmlər doktoru Maçi Volnı UTECA-ya Erasmus+ proqramı çərçivəsində masterklas keçmək üçün Azərbaycana gəlib.

"Report"un Qərb bürosunun məlumatına görə, seminarlar "Excel" funksiyalarını istifadə edərək sadə statistik hesablama, məlumat təhlili, statistikanın əsas şərtləri və tədqiqatda istifadəsi, nəticələrin analizi, hipotez testlərinin aparılması, effektiv və məhsuldar tədqiqat işininin yazılması başlıqlarını əhatə edir.

Azərbaycan Texnologiya Universitetində tələbələrlə görüşən Maçi Volnı jurnalistlətə müsahibəsində bildirib ki, xarici təcrübəni UTECA-nın tələbə və müəllim heyəti ilə paylaşmaq üçün buradadır:

"Seçimimizin Azərbaycan Texnologiya Universiteti olması heç də təsadüfi deyil. Bu universitetin xarici əlaqələri çoxdur – 3 beynəlxalq proqramda iştirak edir, 11 xarici universitetlə daim tələbə-müəllim mübadilələri aparır. Bu əlaqələr tələbənin sahib olacağı ixtisasın sirlərinə daha mükəmməl yiyələnməsinə şərait yaradır. Digər tərəfdən, UTECA Webometrics reytinq cədvəlində ölkəniz üzrə ön sıralarda yer alıb. Bütün bunlar Azərbaycan Texnologiya Universitetində son illər aparılan islahatların, görülən işlərin nəticəsidir. Biz də sadalananlarla yerində tanış olmaq istədik”.

Seminar 5 gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi