Yuxarı
    Bağlamaq

    Polşa Hökuməti 2015-2016-cı tədris ili üzrə Gənc Alimlər üçün Təqaüd Proqramı elan edib

    Maraqlananlar sənədlərini 2015-ci il martın 1-dək Polşa Respublikasının Bakıdakı səfirliyinə təqdim etməlidirlər

    Bakı. 4 dekabr. REPORT.AZ/ Polşa Hökuməti 2015-2016-cı tədris ili üzrə Gənc Alimlər üçün Təqaüd Proqramı elan edib. Bu barədə "Report"a Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Proqramda maksimum 35 yaşı olan ali təhsilli namizədlər iştirak edə bilərlər. Proqram çərçivəsində polyak dilini bilən və əsasən humanitar istiqamətlərdə təhsil almış namizədlərə üstünlük veriləcək.

    Maraqlananlar sənədlərini 2015-ci il martın 1-dək Polşa Respublikasının Bakıdakı səfirliyinə təqdim etməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi