"Petronas" şirkəti BANM-ə 2 təqaüd ayırıb

"Petronas" şirkəti BANM-ə 2 təqaüd ayırıb Bakı. 7 dekabr. REPORT.AZ/ Neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın Petronas şirkəti Bakı Ali Neft Məktəbi (BANM) üçün təqaüd ayırıb.
Elm və təhsil
7 Dekabr , 2018 10:25
Petronas şirkəti BANM-ə 2 təqaüd ayırıb
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın "Petronas" şirkəti Bakı Ali Neft Məktəbi (BANM) üçün təqaüd ayırıb. 

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Təqaüdün ayrılması şirkətin “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində həyata keçirilir. “Bu günün öyrənənləri, sabahın liderləri” şüarı altında həyata keçirilən proqram Petronas şirkəti tərəfindən keçirilən imtahan və xüsusi müsabiqələrdən uğurla keçən tələbələrə Malayziyada təhsil almaq şansı verir. Proqram çərçivəsində xüsusi seçilmiş tələbələr Malayziyada Petronas Texniki Universitetində təhsil alacaqlar.

Artıq BANM-ın iki tələbəsi - Proseslərin avtomatlaşdırılması mühəndisliyinin ikinci kurs tələbələri Əli YusifovElnur Şahbalayev "Petronas" şirkəti tərəfindən seçilərək təhsil almaq üçün Malayziyaya yola düşüblər. Şirkət tələbələrin təhsil haqqı, yataqxana xərclərini ödəyəcək və hər ay ehtiyyaclarını ödəmək üçün təqaüdlə təmin edəcək.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi artıq bir neçə ildir "Petronas" şirkətinin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi