“Petkim”in dəstəyi ilə məktəblər arasında şahmat turniri keçirilib

“Petkim”in dəstəyi ilə məktəblər arasında şahmat turniri keçirilib Turnirdə bölgənin ibtidai və orta məktəblərindən 101 şagird iştirak edib
Elm və təhsil
5 Yanvar , 2017 18:40
“Petkim”in dəstəyi ilə məktəblər arasında şahmat turniri keçirilib

Bakı. 5 yanvar.REPORT.AZ/ Türkiyənin İzmir vilayətinin Əliağa bölgəsində “Petkim” Neft-Kimya Holdinqinin dəstəyi və Əliağa Təhsil Söbəsinin təşkilatçılığı ilə şahmat turniri keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə bölgənin ibtidai və orta məktəblərindən 101 şagird iştirak edib. Mükafatların təqdim olunması mərasimində Əliağa Kaymakamı Bayram Yılmaz, Əliağa Təhsil Söbəsinin müdiri Ogün Dersə, “Petkim” Neft-Kimya Holdinqinin icraçı direktoru Anar Məmmədov iştirak ediblər. 

“Petkim”in icraçı direktoru Anar Məmmədov Azərbaycan şahmat məktəbinin ənənələrindən söz açıb, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi azərbaycanlı şahmatçıların uğurlarından danışıb. Bildirilib ki, dinamik inkişaf dövründə məktəblilər arasında istedadlı şahmatçıların yetişməsi həyatın bütün sahələrində öz bəhrəsini verəcək. 

Turnirin qaliblərinə xüsusi mükafatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi