​Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidmətinin sərgisi keçirilib

​Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidmətinin sərgisi keçirilib Yeniyetmə və gənclərə diplomlar təqdim olunub
Elm və təhsil
26 İyun , 2015 12:17
​Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidmətinin sərgisi keçirilib

Bakı. 26 iyun. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional Ofisi və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində yaradılan "Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti"nin ilk təlim proqramına yekun vurulub. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu münasibətlə Ağcabədi rayonunda yerləşən Heydər Əliyev Mərkəzində mərasim təşkil olunub, Xidmətin təlim proqramını bitirən məzunların əl işlərinin sərgisi keçirilib.

Mərasimdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva bu ilin fevral ayından fəaliyyətə başlayan Məsləhət və Yardım Xidmətinin yaranma zərurəti barədə fikirlərini bölüşüb, görülən işlərin əhəmiyyətini vurğulayıb.

GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə Xidmətin yaradılması təşəbbüsü, görülən işlər və gələcək planlar barədə mərasim iştirakçılarına məlumat verib. Regionlarda ilk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı ilə iqtisadi tələbatın üst-üstə düşmədiyini diqqətə çatdıraraq, yeniyetmə və gənclərin peşə təhsilinə diqqətinin artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Xidmətin məzunları tərəfindən hazırlanan əl işlərinə baxış keçirilib, yeniyetmə və gənclərə diplomlar təqdim olunub.

Qeyd edək ki, Xidmətdə yaradılmış tikiş, toxuculuq, ingilis dili, rus dili və kompüter kurslarından ümumilikdə 50 nəfər həssas qrupdan olan qadınlar və aztəminatlı ailələrin övladları ödənişsiz əsaslarla faydalanıb.

Son xəbərlər

Orphus sistemi