Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti yaradılıb

Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti yaradılıb Xidmətin fəaliyyət göstərməsi üçün işçi qüvvəsi cəlb olunub
Elm və təhsil
13 Yanvar , 2015 12:45
Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti yaradılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində "Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti" yaradılıb. "Report" xəbər verir ki, bu münasibətlə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva cari ilin fevral ayından fəaliyyətə başlayacaq Məsləhət və Yardım Xidmətinin yaranma zərurəti barədə çıxış edi. O, görüləcək işlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, gənclərin ixtiyarına verilən toxuculuq, xalçaçılıq, rəssamlıq, kompüter, musiqi və s. kurslar ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Xidmətin yaradılması təşəbbüsü ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, xidmətin fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılıb, işçi qüvvəsi cəlb olunub.

Son xəbərlər

Orphus sistemi