Peşə təhsili müəsissələrinə lisenziya müddətsiz veriləcək

Peşə təhsili müəsissələrinə lisenziya müddətsiz veriləcək Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda peşə təhsili müəssisələrinə lisenziyanın müddətsiz verilməsi təklif olunur.
Elm və təhsil
15 Noyabr , 2017 15:40
Peşə təhsili müəsissələrinə lisenziya müddətsiz veriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda peşə təhsili müəssisələrinə lisenziyanın müddətsiz verilməsi təklif olunur.

“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanunun 13-cü (Peşə təhsili müəssisəsinin fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) maddəsində əksini tapıb.

Dövlət peşə təhsili müəssisələri lisenziyasız fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasında bələdiyyə və özəl peşə təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında'’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasında bələdiyyələr, digər hüquqi və fiziki şəxslər, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, o cümlədən xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir.

Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması beynəlxalq müqavilələrlə həyata keçirilir.

Peşə təhsili sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən lisenziya verilməsi şərtləri pozulduqda, peşə təhsilinin dövlət standartının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

Akkreditasiya müvafiq keyfiyyət sənədinin verilməsi ilə başa çatır.

Peşə təhsili müəssisəsinin işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir.

Akkreditasiyadan keçməyən peşə təhsili müəssisəsinin lisenziyası “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğv olunur.

Son xəbərlər

Orphus sistemi