“Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub

“Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Milli Məclisin Elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Elm və təhsil
15 Mart , 2018 17:51
“Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub
Milli Məclis / Report

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Milli Məclisin Elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, komitənin sədri İsa Həbibbəyli məlumat verib ki, bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, birinci oxunuşdan sonra Prezident Aparatında mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub. 

O qeyd edib ki, konstruktiv fikir mübadiləsində 5 fəsil, 26 maddədən ibarət qanun layihəsi daha da təkmilləşdirilib: "Bütün bunlar ölkədə dövlətin təhsilə və gənclərə qayğısının bariz nümunəsidir". 

İclasda “Peşə təhsili haqqında” qanun layihəsinin təkmilləşmiş variantı barədə ətraflı məlumat dinlənildikdən sonra müzakirələr başlanıb. 

Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlar - Şəmsəddin Hacıyev, Musa Qasımlı, Kamilə Əliyeva, Gövhər Baxşəliyeva qanun layihəsi barədə müsbət fikirlər söylədilər, təkliflərini səsləndiriblər. Çıxışlarda vurğulanıb ki, peşə təhsili haqqında qanunun hazırlanmasından məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin həyatının tənzimlənməsi, əmək bazarında öz yerini tuta bilməsidir. Bu sənəd ən işlək qanunlardan biri olacaq və peşə təhsilinin inkişafında mühüm rol oynayacaq.

Sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müzakirədə toxunulmuş bir sıra məqamlara aydınlıq gətirdi, suallara cavab verdi. Bölgələrdə peşə təhsilinin inkişafı məqsədi ilə inşa edilən məktəblər barədə deputatları məlumatlandırıb.

Müzakirələrin yekununda “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi