Agentlik: Ötən il sənaye ixtiralarına dair 64 patent qeydiyyata alınıb

Agentlik: Ötən il sənaye ixtiralarına dair 64 patent qeydiyyata alınıb Bakı. 11 fevral. REPORT.AZ/ Ötən il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2 973 müraciət və ərizə daxil olub.
Elm və təhsil
11 Fevral , 2019 10:47
Agentlik: Ötən il sənaye ixtiralarına dair 64 patent qeydiyyata alınıb
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov / Report
0 : 00
0 : 00

Bakı. 11 fevral. REPORT.AZ/ "Ötən il ərzində Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinə 2 973 müraciət və ərizə daxil olub".

"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, Sənaye mülkiyyəti obyektləri üzrə Dövlət reyestrində ixtiralara dair 64 patent qeydiyyata alınıb: "Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1-i xarici hüquqi şəxslərə məxsusdur. Sənaye müəssisələrinə dair 24 patent qeydiyyata alınıb. Onlardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur".

Sədr qeyd edib ki, müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb: "Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 şəhadətnamə milli hüquqi şəxsin adına qeydiyyata alınıb".

K.İmanov bildirib ki, patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 246, şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 586, əmtəə nişanlarına dair 270 və patentlərə dair dəyişikliklər edilməsi haqqında 5 bildiriş qeydiyyata alınıb, 11 dublikat, 38 çıxarış verilib, 670 bildiriş göndərilib. 

Son xəbərlər

Orphus sistemi