Ötən il Naxçıvanda inşa və təmir edilən təhsil ocaqlarının sayı açıqlanıb

Ötən il Naxçıvanda inşa və təmir edilən təhsil ocaqlarının sayı açıqlanıb 12 məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib
Elm və təhsil
11 Yanvar , 2017 12:20
Ötən il Naxçıvanda inşa və təmir edilən təhsil ocaqlarının sayı açıqlanıb

Bakı 11 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında ötən il ərzində yeni məktəb binalarının tikintisi, mövcud binaların yenidən qurulması işləri davam etdirilib.

"Report" xəbər verir ki, ötən il Şərur rayonunun Oğlanqala kəndində 576, Arbatan kəndində 234, Babək rayonunun Yarımca kəndində 342, Məzrə kəndində 270, Xəlilli kəndində 144, Ordubad rayonunun Baş Dizə kəndində 156, Culfa rayonunun Saltaq kəndində 306, Xanəgah kəndində 198, Gülüstan kəndində 156, Kəngərli rayonunun Şahtaxtı kəndində 594, Yurdçu kəndində 270, Şahbuz rayonunun Daylaqlı kəndində 168 şagird yerlik olmaqla, ümumilikdə 3414 şagird yerlik 12 məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib. 

Eyni zamanda, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi, Naxçıvan Dövlət Texniki Kolleci və Ordubad Texniki Peşə və Sürücülük Məktəbi də təmir edilib. Həmçinin, Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli tam orta məktəbdə yenidənqurma işləri başa çatdırılıb.

Bundan başqa, 2016-cı ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 1737-si ali məktəblərin, 567-si isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Ali məktəblərə qəbul olunan məzunlardan 338-i imtahanlarda 500-dən çox bal toplayıb. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 4-ü ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi