Yuxarı

Ötən il elmi tədqiqat və işləmələrlə məşğul olan mütəxəssislərin sayı 2003-cü illə müqayisədə 31 faiz artıb

Ötən il elmi tədqiqat və işləmələrlə məşğul olan mütəxəssislərin sayı 2003-cü illə müqayisədə 31 faiz artıb

Bakı. 12 aprel. REPORT.AZ/ 2017/2018-ci tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərib.

“Report” xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

T.Budaqov qeyd edib ki, onlarda 167677 tələbə ali təhsil alıb: “Bu da 2003/2004-cü tədris ili ilə müqayisədə 38,0 faiz artım deməkdir: “2017-2018-ci tədris ilinin əvvəlinə 4410 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1520 min nəfər şagird təhsil alıb. 2004-2017-ci illərdə ölkədə 530,3 min şagird yerinə malik yeni məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılıb. Bundan əlavə, 20,9 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilib”.

O həmçinin əlavə edib ki, 2017-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 135 elmi təşkilat və müəssisə fəaliyyət göstərib: “Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 22 mindən çox mütəxəssis məşğul olur ki, bu da 2003-cü illə müqayisədə 31,0 faiz çoxdur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi