Ötən il Bakı məktəblərində 702 təmayül sinifi təşkil olunub

Ötən il Bakı məktəblərində 702 təmayül sinifi təşkil olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində təmayülləşmənin miqyası genişlənib.
Elm və təhsil
15 Yanvar , 2020 12:22
Ötən il Bakı məktəblərində 702 təmayül sinifi təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində təmayülləşmənin miqyası genişlənib. 

İdarədən "Report"a verilən məlumata görə, 187 ümumi təhsil müəssisəsində 702 təmayül sinif təşkil olunub.

Təmayül siniflərə 15 643 şagird cəlb olunub.

Təmayül siniflər 8 istiqamət üzrə müəyyənləşdirilib. Onlardan 109-u texniki təmayüllü, 55-i riyaziyyat-iqtisadiyyat təmayüllü, 128-i humanitar təmayüllü, 9-u təbiət təmayüllü, 85-i texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü, 142-si texniki və təbiət təmayüllü, 169-u humanitar və riyaziyyat-iqtisadiyyat təmayüllü, 5-i isə peşə təmayüllü siniflərdir.

Qeyd edək ki, ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təsbit olunmuş tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədi ilə son illər bu sahədə ciddi addımlar atılır, təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin şəbəkəsi ardıcıl şəkildə genişləndirilir.

Son xəbərlər

Orphus sistemi