Ötən il Azərbaycanda 6 milyondan çox dərslik çap edilib

Ötən il Azərbaycanda 6 milyondan çox dərslik çap edilib Ümumilikdə 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsait buraxılıb
Elm və təhsil
12 İyun , 2017 12:26
Ötən il Azərbaycanda 6 milyondan çox dərslik çap edilib

Bakı. 12 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi ötən tədris ilində ölkədə çap olunan dərsliklərin sayını açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, 2016-cı ildə Azərbaycanda 6 milyondan çox dərslik çap edilib.

Ümumilikdə 2016-cı ildə ümumtəhsil məktəblərinin I, II, III, IV, V, VII və IX sinifləri üçün 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsait buraxılıb.

Ölkənin ümumi təhsil məktəblərinin müəyyən sinifləri üçün nəzərdə tutulan dərsliklər və həmin dərsliklər üzrə hazırlanan metodik vəsaitlərlə bağlı ictimai rəy öyrənilir. Bunun üçün dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir. 

Son xəbərlər

Orphus sistemi